
Konfrans Liqasında mübarizəyə hazırlaşan “Araz-Naxçıvan” II təsnifat mərhələsində “Aris”lə münasibətlərinə aydınlıq gətirəcək.
Təmsilçimizin mərhələ adlamaq şansları minimum qiymətləndirilsə də, mümkünsüz deyil.
Saloniki təmsilçisi “Araz-Naxçıvan”la müqayisədə avrokubok təcrübəsinə sahibdir. Heyətdəki futbolçuların böyük əksəriyyəti isə legionerlərdir.
Komandamızın aparıcı simalarından olan Felipe Santos nikbindir. Braziliyalı vinger “Aris” səddini aşmağı real qiymətləndirir.
Bunu bacarmaq üçün nə etmək lazım gəldiyini də yaxşı bilir:
“Aris”in Yunanıstan çempionatını təmsil etməsi hər şeyi deyir. Avropanın üzdə olan birinciliklərindən hesab olunur.
Üstəlik, rəqibin avrokubok təcrübəsi var. Hansısa komanda Konfrans Liqasına vəsiqə qazanıbsa, deməli, müsbət keyfiyyətlərə sahibdir.
Rəqib hər nə qədər güclü və təcrübəli olsa da, biz də öz gücümüzə inanırıq. Mərhələni adlamaq üçün hər iki oyunda döyüşməli, ələ düşən ən kiçik epizoddan istifadə etməliyik”.
Komandalar arasında ilk oyun iyulun 24-də Bakıda, cavab qarşılaşması bir həftə sonra səfərdə baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ