"Araz-Naxçıvan" üçün Bakıya dörd rumıniyalı göndərdi - UEFA

3 İyul 19:20 Araz-Naxçıvan 200
"Araz-Naxçıvan" üçün Bakıya dörd rumıniyalı göndərdi - UEFA

"Araz-Naxçıvan"ın Konfrans Liqasının II təsnifat mərhələsində "Arsi"ə (Yunanıstan) qarşı keçirəcəyi matçların hakimləri açılanıb.

Sportinfo.az xəbər verir ki, komandalar arasında Bakıda baş tutacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Andrey Çivulete olacaq. Ona Mirça Mihail Qriqori və Andrey Qabriel Konstantinesku yardım edəcək.

Dördüncü hakim funksiyasını Radu Petresku yerinə yetirəcək.

"Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu