"Araz Naxçıvan" məndən kömək istədi, bu transfer üçün 10 gün əziyyət çəkdik" - VİDEO

11:40 Araz-Naxçıvan 851
"Araz Naxçıvan" məndən kömək istədi, bu transfer üçün 10 gün əziyyət çəkdik" - VİDEO

“Mayın 23-də “Araz Naxçıvan”ın prezidenti ilə görüşdük, transferlərlə bağlı kömək istədi.

Çox yaxşı şərait yaratdılar, bir ay müddətində çoxlu futbolçu izlədik, seçdik.

Çətin period idi, çünki futbolçuları izləyirdik, baş məşqçiyə təklif edirdik. O da qısa zaman olmaq şərtiylə geridönüş edərək, fikrilərini bildirirdi.

Düşünürəm ki, 1 aya 5-6 transfer gerçəkləşdirmək çox önəmli və çətin bir perioddur.

Patrik Andradenin transferinə 10 gün vaxt getdi, 15-20 dəfə də müqaviləsinə dəyişikllər edildi.

Ona görə də heç kim düşünməsin ki, bir aya futbolçunu asan şəkildə götürüb gətirmişik”.

Bu açıqlama ilə tanınmış futbol agenti Ceyhun Sultanov çıxış edib.

Növbəti mövsüm öncəsi “Araz Naxçıvan”ın yeni transferlərində böyük pay sahibi olan funksioner “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində maraqlı fikirlər səsləndirib, bu periodda yaşadıqları çətinliklərdən danışıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!