Təxribatçı braziliyalı yayılan xəbəri təsdiqlədi: “Məsələ tezliklə həll olunacaq”

16:40 Araz-Naxçıvan 595
Təxribatçı braziliyalı yayılan xəbəri təsdiqlədi: “Məsələ tezliklə həll olunacaq”

“Araz-Naxçıvan” transfer bazarının ən fəal klubudur.

Əsas heyəti qoruyub-saxlamağı bacaran Muxtar Respublika təmsilçisi yay fasiləsində heyətini altı yeni futbolçu ilə gücləndirib.

Lakin Felipe Santosun karyerasını “Araz-Naxçıvan”da davam etdirib-etdirməyəcəyi ilə bağlı sual maraq doğurur.

Yayılan xəbərə görə, klub rəhbərliyi adı təxribatçı braziliyalı ilə yeni müqavilə şərtlərinin razılaşdırılmasında çətinlik yaşayır.

Braziliyalı vinger uzadılan anlaşmanın maliyyə şərtlərinin yaxşılaşdırılmasını tələb edir, başbilənlər isə sənəddə yazılanlara uyğun hərəkət edir.

Səbəbkar Sportinfo.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Klubumuzun rəhbəri ilə çox yaxşı münasibətim var. Hamı mənim “Araz-Naxçıvan”dakı vəziyyətimi bilir.

Düşünürəm ki, məsələ tezliklə həll olunacaq. Bu səbəbdən də daha çox məşq edib, oyunlarda komandama kömək etmək istəyirəm.

Peşəkar idmançı və insanam. Müqaviləm var və burada qalacağıma ümid edirəm.

Bu günə qədər dəyişən heç nə yoxdur. Bu da mənə özümü daha yaxşı tərəfdən göstərmək üçün motivasiya verir.

Özümü tanıyan biri kimi hansı keyfiyyətlərə sahib olduğumu bilirəm”.

28 yaşlı futbolçu ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində meydana çıxdığı 36 oyunda 13 qol vurub, 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi