
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Araz Naxçıvan" transfer çalışmalarında ən aktiv klubdur.
Heyətin özəyini qoruyan Muxtar respublika təmsilçisi 4 yeni transferlə də güclənib.
Elə bu dəfə sizə onlardan biri - Bruno Franco haqqında danışacam.
27 yaşlı əcnəbi sol cinah müdafiəçisidir.
Ölkəmizə gəlib-getmiş əcnəbilərdən "Neftçi"də çıxış etmiş həmyerlisi Bruno Bertuçi ilə müqayisə edə bilərik.
Müasir futbolda cinah müdafiəçilərinin işi həddindən artıq çoxdur.
Və bu yükü daşımaq üçün xüsusi özəlliklərə sahib olmalısan.
Məsələn, yaxşı sürətin, texnikan, riskli qərarlar vermək bacarığın və.s.
"Araz"ın yeni simasında bunların bir çoxu cəm olub.
Ucaboy olmasına rəğmən iri addımları, gücə hesablanan gövdə mübarizələri hesabına ikili mübarizələrdə qalib ayrılmağı bacarır.
Cənubi amerikalılara xas texniki bacarıqları yerindədir.
Uzun ötürmələrlə komandasını kəsərli hücumlara çıxara bilir. Elmar Baxşıyevin "Araz"ında onun bu bacarığı çox işə yarayacaq.
Düzdü, karyerası ərzində məhsuldar ötürmə sayı çox azdır. Son çıxış etdiyi Bolqarıstan "Lokomotiv"ində 86 görüşdə 4 qol ötürməsi ilə yadda qalıb.
Məncə, faydalı iş əmsalının bu qədər aşağı olması Francodan çox, onun hücumçu komanda yoldaşları günahkardır.
Əminəm ki, bənzər cinah ötürmələrini Felipe Santos, Ramon Maçado kimi həmyerliləri "Araz"da layiqincə tamamlaya biləcək.
Sadəcə qalır əsas məsələ, yeni ölkəyə, kluba, kollektivə uğurlu adaptasiya ola bilmək.
XANOĞLAN / SPORTİNFO.AZ