Avrokubok təmsilçisi “Turan Tovuz”a pul verdi ki… FOTO

29 İyun 2025 18:35 Araz-Naxçıvan 2 763
Avrokubok təmsilçisi “Turan Tovuz”a pul verdi ki… FOTO

“Araz-Naxçıvan” Konfrans Liqasına hazırlıqlarını Bakıda davam etdirir.

Toplanışın ilk həftəsini “Neftçi”nin Futbol Mərkəzində keçən Naxçıvan təmsilçisi “ağ-qaralar”ın məşqlərə başlamasından sonra ünvanı dəyişib.

“Qırmızı-ağlar” bu dəfə “Turan Tovuz”a məxsus “Huner” təlim-məşq bazasında məskən salıb.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bu həftəki çalışmalarını sözügedən məkanda edib.

Təbii ki, pulsuz yox. Stadionun inşasına maliyyə ayıran şirkətə müəyyən qədər vəsait ödəməklə.

“Araz-Naxçıvan” Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə qarşılaşacaq.

İlk oyun avqustun 24-ü “Liv Bona Dea Arena”da, cavab qarşılaşması bur həftə sonra səfərdə baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq