Yeni alınan qapıçı "Araz-Naxçıvan"ı görməzdən gəldi

28 İyun 2025 11:00 Araz-Naxçıvan 2 182
Yeni alınan qapıçı "Araz-Naxçıvan"ı görməzdən gəldi

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” yeni qapıçı ilə sıralarını gücləndirib.

Sportinfo.az xəbər verir ki, yeni transfer Georgios Athanasiadis klubun mətbuat xidmətinə açıqlama verib.

Saloniki təmsilçisi ilə 1+1 şərti ilə müqavilə imzalamış 31 yaşlı qolkiper bunları deyib:

“Möhtəşəm kluba qoşuluram. Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə düşməkdir.

Eyn zamanda Yunanıstanda lider mövqe tutmaqdır. Ümid edirəm ki, kluba kubok qazana biləcəyik”.

“Araz Naxçıvan” – “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq