“Neftçi”nin yetirməsi ilə yola davam etmədi - Bölgə klubu

09:20 Araz-Naxçıvan 507
“Neftçi”nin yetirməsi ilə yola davam etmədi - Bölgə klubu

“Araz-Naxçıvan” daha bir futbolçu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 2024-cü ilin yanvarında “qırmızı-ağlar”a qoşulan Ramin Nəsirli ilə müqavilə başa çatıb və yeni mövsümdə komandanın heyətində yer almayacaq.

U-21 yığmasının sabiq üzvü “Araz-Naxçıvan”ın heyətində çox az oyun təcrübəsi qazansa da, bu, əsasən yaşadığı ağır zədə ilə bağlı olub.

Belə ki, 22 yaşlı yarımmüdafiəçi komandanın məşqlərindən birində ciddi zədələnmişdi. Müayinələr nəticəsində onun ön çarpaz bağlarının qopduğu və menisk zədəsi aldığı müəyyən edilmişdi.

Bu səbəbdən futbolçu cərrahi əməliyyat olunaraq uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.

“Neftçi”nin yetirməsi olan Ramin Nəsirli karyerası ərzində müxtəlif yaş qruplarında yığma komandaların formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti