
"Araz Naxçıvan"da daha çox məşqçi işlədim. Özümü burada rahat hiss edirdim.
Gəncədə də son dönəmlər rahatlıq var idi.
Şəhərdə yaşlı azarkeşlər elə xoş sözlər deyirdilər ki, həzz alırdım. Gördüyüm işin dəyər görməsi möhtəşəm idi.
Bütün bunlara baxmayaraq, "Kəpəz"dən ayrıldığıma görə zərrə qədər də peşman deyiləm. Alnım açıqdır, işimin öhdəsindən layiqincə gəlmişəm.
Ola bilsin ki, işimizə qiymət verilmir, amma azarkeşlər zəhmətimə dəyər verirlər. Yəqin ki, nəvaxtsa bizə də etimad edən olar".
Bu açıqlama “Kəpəz”in sabiq baş məşqçisi Azər Bağırova məxsusdur.
Təcrübəli çalışdırıcı “Sportinfo TV”də yayımlanan "Futbol manşet" verilişində qonaq olub, maraqlı şərhlərlə diqqət çəkib.
Daha öncə "Araz Naxçıvan"da daha rahat olduğuna diqqət çəkən A.Bağırov "Kəpəz"dən ayrılmasına təəssüflənmədiyini deyib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN