İlkin Fikrətoğlu: "Bu Avropa, bu da sən, göstər fərasətini" - VİDEO

17:00 Araz-Naxçıvan 551
İlkin Fikrətoğlu: "Bu Avropa, bu da sən, göstər fərasətini" - VİDEO

“Araz-Naxçıvan” tarxində ilk dəfə avrokuboklarda çıxış edəcək.

Onların debütü Konfrans Liqasında olacaq.

“Araz- Naxçıvan” üçün bu, Avropada siftə olsa da. baş məşqçisi Elmar Baxşıyev vaxtilə “Qəbələ” ilə belə bir təcürbə yaşayıb.

“Araz-Naxçıvan”ın qeyri-rəsmi, amma faktiki rəhbəri Zaur Axundov isə “Keşlə” ilə avrokubok həyəcanı yaşayıb. Çempionatımızın bürünc medalçısı Yunanıstandan “Aris”lə qarşılaşacaq.

Üç dəfə Yunanıstan çempionu olan Saloniki təmsilçisi sonuncu dəfə bu uğura 79 il əvvəl imza atıb. Son mövsümü Yunanıstan liqasında 5-ci pillədə bitirib.

“Olimpiakos. “Panatinakos” və ya AEK deyillər. Amma “Araz-Naxçıvan” da Avropada təcrübəsiz, ev oyunlarını belə, boş trubunalar qarşısında keçirən komandadır.

Azərbaycan çempionatında ciddi azarkeş təzyiqi görməyən “Araz-Naxçıvan”ın futbolçularını çılğın Saloniki fanatlarının təzyiqinə psixoloji hazırlamaq baş mıəşqçinin üzərinə düşür.

Hazırda transfer bazarında ən fəal klublardan biri Naxçıvan tıəmsilçisidir. Bu yay 5 oyunçuyla vidalaşan naxçıvanlılar 4 legionerlə heyətini gücləndirib.

Klub Avropda debüt etsə də, rəhbərlik tərəfindən Elmar Baxşıyevin qarşısına azı 1 mərhələ adlamaq, bacardıqca irəli getmək vəzifəsi qoyulub.

Elmar Baxşıyev “Qəbələ” ilə Avropada uğursuzluqla yadda qaldı. Görək, “Araz-Naxçıvan”la necə olacaq?!

Ümumiyyətlə, avrokubok təkcə Elmar Baxşıyev yox. hər bir məşqçimiz üçün əsl imtahandır.

Ölkə daxilində uğur qazanan məşqçi Azərbaycan hüdudlarından kənarda bunun davamını gətirə bilmirsə, özü haqqında təxminən “Biləcərini kecə bilməyən biri” imici formalaşdırır.

Yox. əgər bu cür tanınmaq. yadda qalmaq, qələmə verilmək istəmirsənsə, meydan açıqdır - bu Avropa, bu da sən, göstər məşqçi bacarığını!

İndi görək, Avropa sınağından kimlər necə çıxacaq!

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti