"Araz-Naxçıvan"la müqaviləni yenilədiyim üçün çox şadam”

02:30 Araz-Naxçıvan 156
"Araz-Naxçıvan"la müqaviləni yenilədiyim üçün çox şadam”

"Araz-Naxçıvan"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris"i (Yunanıstan) təhlil etmək üçün kifayət qədər vaxtı var.

Sportinfo.az xəbər verir ki, bunu "report"a Naxçıvan təmsilçisinin futbolçusu Ramon Maçado deyib.

34 yaşlı hücumçu bir neçə gün əvvəl yeni mövsümün hazırlıqlarına başladıqlarını bildirib:

"Bir az istirahət etmək imkanımız oldu. Mövsümün startına tam hazır olmaq üçün yaxşı məşqlər edirik. Yeni oyunçuların uyğunlaşması da çox vacibdir".

Braziliyalı forvard klubla müqaviləsinin müddətini uzatması ilə bağlı danışıb:

"Daha bir il Azərbaycanda olduğum və "Araz-Naxçıvan"la sözləşməni yenilədiyim üçün çox şadam. Ailəm və mən ölkəni çox bəyənirik. Burada çox rahatıq".

Maçado hazırda həm texniki, həm də fiziki hazırlığa kökləndiklərini vurğulayıb:

"Konfrans Liqasındakı rəqib haqqında hələlik heç nə bilmirik. Amma onları təhlil etmək üçün kifayət qədər vaxtımız olacaq".

Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!