"Maddi baxımdan ortaq məxrəcə gəldilər, bu transferə razılıq verdik"

01:50 Araz-Naxçıvan 161
"Maddi baxımdan ortaq məxrəcə gəldilər, bu transferə razılıq verdik"

Ba-Muaka Simakalanın “Araz-Naxçıvan”a keçidinin səbəbi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Osnabrük” klubunun icraçı direktoru Mixael Vellinq açıqlama verib.

III Bundesliqa təmsilçisinin rəsmisi 28 yaşlı hücumçunun özünün ayrılmaq istəyi ilə onlara yaxınlaşdığını deyib:

“Simakala bizə erkən müraciət etdi və yeni çağırışı qəbul etmək istədiyini bildirdi. Onun bu istəyini qəbul etdik.

Çünki Ba-Muaka həm komanda yoldaşları, həm məşqçi heyəti, həm də azarkeşlər arasında böyük rəğbət qazanmışdı.

Maddi baxımdan da tərəflər ortaq məxrəcə gəldiyindən, bu transferə razılıq verdik”.

Ba-Muaka Simakala “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu