
“Osnabrük”ün baş direktoru Mixael Vellinq hücumçuları Ba-Muaka Simakalanın “Araz-Naxçıvan”a transferinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Almaniya klubunun funksioneri bununla bağlı yerli mətbuata açıqlama verib.
O, Simakalanın legioner həyatı yaşamağa layiq olduğunu deyib:
“Simakala hər zaman komanda üçün çalışıb və “Osnabrük”ə sadiqliyini göstərib.
O, bu yeni fürsəti tam olaraq haqq edir. Biz ona ən yaxşısını arzulayırıq”.
Ötən mövsüm “Osnabrük”ün heyətində 23 oyunda 8 qol vuran Ba-Muaka Simakala “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalayıb.