“Neftçi” ilə danışıqlar apardı, bu klubla böyük məbləğə anlaşdı

11:30 Araz-Naxçıvan 1 718
“Neftçi” ilə danışıqlar apardı, bu klubla böyük məbləğə anlaşdı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” yarımmüdafiəçi Çarles Boli ilə anlaşıb.

Klub bu xəbəri artıq rəsmən açıqlayıb.
Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan legionerlə müqavilənin müddəti 1 illikdir.

O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib. Son mövsümü Kiprdə - “Apollon”da (Limasol) keçirən 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb.

Boli ilə “Neftçi“ yaxından maraqlanırdı. Aralarında danışıq da olmuşdu.

Afrikalı yekunda “Araz“ı seçdi. Konkret iki səbəbi var bunun.

Naxçıvan təmsilçisinin Konfrans Liqasında iştirakı və maliyyə şərtləri. Avrokuboklarda özünü göstərmək istəyən əcnəbiyə Premyer Liqanın bürünc medalçısı 300 min dollar ödəmə edəcək.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti