Daha iki yerli ilə müqavilənin müddətini uzatdılar - BİRİLLİK

20 İyun 19:20 Araz-Naxçıvan 532
Daha iki yerli ilə müqavilənin müddətini uzatdılar - BİRİLLİK

"Araz-Naxçıvan" daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Ötən mövsüm komandanın heyətində yer alan Elçin Mustafayev və Turan Vəlizadə daha 1 il müddətinə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan sözləşməni yeniləyən, Bar Koen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu