"Avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir"

18 İyun 2025 22:40 Araz-Naxçıvan 811
"Avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir"

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, püşkə əsasən, Naxçıvan təmsilçisi Yunanıstan "Aris"i ilə üz-üzə gələcək.

Oyunlar iyulun 24-də və 31-də keçiriləcək. E.Baxşıyev bu haqda deyib:

“Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir.

Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır.

Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq