Azərbaycan klubunda 4 yeni ayrılıq - Göndərilən legionerlərin SİYAHIsı

18 İyun 2025 14:00 Araz-Naxçıvan 1 319
Azərbaycan klubunda 4 yeni ayrılıq - Göndərilən legionerlərin SİYAHIsı

Konfrans Liqasında iştirak edəcək “Araz-Naxçıvan” dörd legionerlə başa çatan müqaviləni yeniləməyib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviçdir.

Klub rəhbrəliyi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Cohen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq