“Benfika”nın keçmiş oyunçusu Azərbaycan klubuna lazım olmadı

10 İyun 15:00 Araz-Naxçıvan 1 429
“Benfika”nın keçmiş oyunçusu Azərbaycan klubuna lazım olmadı

«Araz-Naxçıvan» daha bir futbolçuya münasibətini ortaya qoyub.

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək «ağ-qırmızılar» Bernardo Diasla bağlı qərar verib.

Klub portuqaliyalı legionerlə müqaviləni uzatmayıb. Baş məşqçi Elmar Baxşıyev hücumameyilli yarımmüdafiəçini bir daha öz sərəncamında görmək istəməyib.

28 yaşlı «10 nömrə» son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib.

«Benni» ləqəbli orta sahə oyunçusu buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeyras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Muxtar Respublika təmsilçisinin Bernardo Silvaya kimi Sezar Meza Kolli, Vadim Abdullayev, Miço Kuzmanoviç və Karlos Jatoba ilə müqaviləni yeniləmədiyini xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!