"Yaxşı keçirən futbolçularla danışıb, onları razı salmaq lazımdır"

9 İyun 23:00 Araz-Naxçıvan 561
"Yaxşı keçirən futbolçularla danışıb, onları razı salmaq lazımdır"

Mövsümü üçüncü pillədə başa vuran “Araz-Naxçıvan” tarixində ilk dəfə bu uğura nail oldu.

Muxtar Respublika təmsilçisinin avrokuboklara vəsiqə qazanması həm də klubun tarixinə qızıl hərflərlə yazıldı.

Bundan sonra “Araz”dan gözləntimiz Konfrans Liqasında mümkün qədər irəliləmək, ən pis halda bir mərhələ adlamaqdır.

Bəs, bunun üçün nə etmək gərəkir? Arzuyla hədəf nə dərəcədə üst-üstə düşür?

Komandanın əsas fiqurlarından olan braziliyalı yarımmüdafiəçi Vanderson Sportinfo.az-a açıqlamasında mümkün uğurun reseptini deyib:

“İlk növbədə mövsümü yaxşı keçirən futbolçularla danışıb, onları razı salmaq lazımdır. Əsas heyəti qorumaq mütləqdir.

Bunu edəndən sonra komandanın gücləndirilməsi də vacibdir. Avrokuboklarda mübarizə aparan komandanın heyəti geniş olmalıdır.

Bunları edəndən sonra mübarizlik və əzmkarlıq hesabına uğurlu nəticəyə ümid etmək olar.

Bir də, “Araz”ın bəxtinə düşəcək rəqibin kimliyi də önəmlidir. Bir mərhələ adlamaq mümkün olsa, davamını gətirmək olar”.

Konfrans Liqasında I mərhələsinin ilk oyunları iyulun 10-da, cavab görüşləri bundan bir həftə sonra keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!