İki legionerlə yeni müqavilə imzaladı - “Araz-Naxçıvan”

9 İyun 14:20 Araz-Naxçıvan 715
İki legionerlə yeni müqavilə imzaladı - “Araz-Naxçıvan”

“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan iki futbolçu ilə yeni anlaşma imzalayıb.

Klubdan verilən məlumata görə, Nuno Rodriges və Ramon Maçado 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.

Sportinfo.az xəbər verir ki, hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə bağlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!