
“Araz-Naxçıvan” heyətini azərbaycanlı futbolçu ilə gücləndirəcək.
“Neftçi”dən ayrılan Rəhman Hacıyev karyerasını bu klubda davam etdirəcək.
31 yaşlı yarımmüdafiəçinin ən yaxşı dönəmlərini Zaur Axundovun rəhbəri olduğu “Keşlə”də keçirməsi keçidə şübhə yeri qoymur.
“Araz-Naxçıvan”ın Axundovun kurasiyasında olması və Konfrans Liqası üçün iddialı heyət qurmaq istəyi Hacıyevlə güclənməyi şərtləndirib.
Yarımmüdafiədə yer alan Vadim Abdullayevin Naxçıvan təmsilçisini tərk etməsi, Karlos Jatobanın yol üstə olması, Əyyub Allaşla Mustafa Əhmədzadənin zədə səbəbindən komandaya kömək edə bilməməsi səbəbindən Rəhmanın transferi vacibdir.
Azərbaycan millisinin sabiq üzvü başa çatan mövsümdə ağ-qara formada meydana çıxdığı 22 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ