Bu yay komandadan ayrılan ilk futbolçu o oldu - RƏSMİ

4 İyun 2025 14:20 Araz-Naxçıvan 1 125
Bu yay komandadan ayrılan ilk futbolçu o oldu - RƏSMİ

"Araz-Naxçıvan”dan bu yay ayrılan ilk futbolçu məlum olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vadim Abdullayevlə başa çatan müqavilə yenilənməyib.

30 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayından Naxçıvan təmsilçisində çıxış edirdi.

Mövsümü 3-cü pillədə başa vuran “Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyev, futbolçulardan Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqaviləni uzatmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti