Qara Qarayev yaxşılığı pula dəyişmədi, 1000 manata qane oldu

4 İyun 2025 10:40 Araz-Naxçıvan 5 607
Qara Qarayev yaxşılığı pula dəyişmədi, 1000 manata qane oldu

Bu ilin əvvəlindən «Araz-Naxçıvan»ın formasını geyinnə Qara Qarayevin yeni müqavilə imzalamasından xəbərdarsız.

Ötən 5 ayda ağ-qırmızı formayla 26 oyuna çıxmış yarımmüdafiəçi daha 1 il burada qalacaq.

Millinin 32 yaşlı sabiq üzvü bir sıra sərfəli təkliflər alsa da, üstünlüyü Muxtar Respublika təmsilçisinə verib.

Məsələn, I Liqaya vəsiqə qazanmış «Şəfa» aylıq 10 min manat qarşılığında onunla anlaşmağa cəhd göstərib. Qara isə karyerasının ən çətin dönəmində dəstək aldığı «Araz»ın rəhbərliyinin jestini qiymətləndirib.

Maliyyə şərtlərini arxa plana keçirən «Qarabağ»ın yetirməsi 7000 manat qarşılığında kontraktı uzadıb.

Bu isə başa çatan mövsümlə müqayisədə yalnız 1000 manat artıqdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!