Qara Qarayev onunla birgə saxlanıldı - Birillik RAZILAŞMA

3 İyun 2025 11:20 Araz-Naxçıvan 1 459
Qara Qarayev onunla birgə saxlanıldı - Birillik RAZILAŞMA

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də Naxçıvan təmsilçisinin heyətində keçirəcək. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.

Buna qədər klub baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla da yeni müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq