"Araz-Naxçıvan"da daha bir yeni anlaşma - RƏSMİ

30 May 2025 11:20 Araz-Naxçıvan 815
"Araz-Naxçıvan"da daha bir yeni anlaşma - RƏSMİ

Araz-Naxçıvan” daha bir futbolçu ilə başa çatan müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi Ömər Buludovla yeni müqavilə imzalayıb. 26 yaşlı müdafiəçi növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Onunla anlaşma 1 il müddətini əhatə edəcək.

"Araz-Naxçıvan" buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!