
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Araz Naxçıvan" heyətin formalaşmasına start verib.
Muxtar respublika təmsilçisi rəsmi olaraq Kristian Avram və İssuf Paro ilə müqaviləni artırdığını açıqladı.
Əldə etdiyimiz məlumata görə, qalanların sırasında təcrübəli sima Qara Qarayev də var.
Baş məşqçi Elmar Baxşıyev onun xidmətində maraqlıdır.
Müqaviləsi başa çatan yarımmüdafiəçi ilə danışıqlar start götürüb.
Sabiq "Qarabağ"lını növbəti mövsüm "Araz" formasında görəcəyik.
Qarayev mövsümün gedişində gözlənilmədən "Neftçi"dən ayrılmalı olmuşdu.
1 aydan artıq klubsuz qalan millimizin sabiq üzvü ardınca Elmar Baxşıyevin komandası ilə mövsümün sonuna kimi anlaşma imzalamışdı.
O, arxada qalan müddətdə 21 oyunda forma şansı qazanıb.
32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə "Qarabağ"ın, 2023-2024-cü illər mövsümündə isə "Neftçi"nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
XANOĞLAN / SPORTİNFO.AZ