Uğur qazanmaq istəyən klub bu futbolçunu alsın!

30 May 20:00 Araz-Naxçıvan 1 540
Uğur qazanmaq istəyən klub bu futbolçunu alsın!

“Araz-Naxçıvan”ın legioneri Vanderson Melo Sportinfo.az-a müsahibə verib.

Braziliyalı yarımmüdafiəçi “Zirə”yə məğlub olduqları sonuncu qarşılaşmada meydana çıxmasa da, özü, komandası və mövsümlə bağlı sualları cavablandırıb.

- Ağır mövsümün yekununda özünü necə hiss edirsən?

- Hər şey yaxşıdır. Məqsədimizə çata bilmişiksə, deməli sevinməyə dəyər. Hədəf avrokuboklara vəsiqə qazanmaq idi, onu da əldə etdik. Həqiqətən çox ağır və maraqlı çempionat oldu. İndi isə istirahətə ehtiyac var.

- Üçüncü yeri “Araz-Naxçıvan” üçün əla nəticə kimi dəyərləndirmək mümkündür, yoxsa daha yaxşı ola bilərdi?

- Düzünü deyin, çempionatın əvvəlində kimsə “Araz”ın üçüncü ola biləcəyinə inanırdı? Məsələn, siz inanırdız?

- “Qarabağ”, “Zirə”, “Neftçi” və “Sabah” kimi rəqiblər olan mübarizədə əlbəttə ki, xeyr.

- Tək siz yox, hamı belə düşünürdü. Ancaq biz inanılmazı bacararaq çempionatın ən yaxşı üç komandasından biri olduq. Məncə, klub adına əla göstəricidir.

- Avrokuboklarda oynamağı səbrsizliklə gözləyirsən yəqin.

- Konfrans Liqası futbolçular üçün yaxşı vitrindir. Hamının diqqəti burada olur. Özümə gəlincə, beynəlxalq oyunlarda az da olsa təcrübəm var. Yəni, bu, mənim üçün ilk olmayacaq.

- Səhv etmirəmsə, Belarusda çıxış edərkən “Vitebsk”lə bu həyəcanı yaşamısan.

- Tək “Vitebsk”də yox, həm də Litva “Panejevis”ində oynamışam. Mən “Vitebsk”ə gələnə qədər komanda 25 il idi ki, avrokuboklara vəsiqə qazanmırdı. “Panejevis” köklü klub olsa da, heç vaxt üçüncü yeri tutmamışdı. Mən orda olanda bunu bacardıq. İndi də eyni hadisə “Araz”da yaşandı. Klub tarixində ilk dəfə üçüncü pillə və avrokuboklarda iştirtak imkanı. Hər ikisi “Araz”ın tarixində ilkdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO