“Qarabağ”ın istədiyi müdafiəçi “Neftçi” ilə neçə illik müqavilə bağlayır? - SON DƏQİQƏ

30 May 09:40 Araz-Naxçıvan 8 053
“Qarabağ”ın istədiyi müdafiəçi “Neftçi” ilə neçə illik müqavilə bağlayır? - SON DƏQİQƏ

«Neftçi»nin İqor Ribeyro ilə anlaşmasını dünən xəbər vermişdik.

Braziliyalı müdafiəçinin yeni klubuyla neçə illik müqavilə bağlaması da artıq məlumdur.

28 yaşlı legioner minimum qarşıdakı iki mövsümdə ağ-qara formanı geyinəcək. Cənubi amerikalının çıxışı qaneedici olarsa, sözləşməsi daha 1 il uzadılacaq.

«Qarabağ»ın da xidmətinə maraq göstərdiyi Ribeyro ötən ilin yayından bəri «Araz-Naxçıvan»ın formasını geyinib. O, bu ilin əvvəlində kontraktını 1,5 illik uzatmışdı.

Bu sövdələşməyə əsasən, «sambaçı»nın əməkhaqqısı 15 min dollara çatdırılmışdı. Ribeyronun keçidi klub rəhbərləri səviyyəsində həll olunub.

Tərəflər arasında razılaşmaya görə, braziliyalı «Neftçi»nin düşərgəsinə bir qədər gec qoşulacaq. Mərkəz oyunçusu ilk dəfə avrokuboklarda mübarizə aparacaq «Araz»a yardımçı olacaq.

Onun adının Konfrans Liqasının iştirak ərizəsinə salınması nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!