
"Araz-Naxçıvan”da ayrılıq yaşanıb.
Bölgə təmsilçisini Sezar Meza Kolli tərk edib.
Müqaviləsi başa çatan 33 yaşlı futbolçuya “qırmızı-ağlar”dan yeni təklif gəlməyib.
Orta sahə oyunçusu mövsümün əvvəli Naxçıvan təmsilçisinə transfer olunmuşdu.
O, bu mövsüm meydana çıxdığı 19 görüşdə cəmi 1 qolla yadda qalıb.
Paraqvaylı yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çezena” və “Pavia”, İspaniyanın “Alaves”, Azərbaycanda isə “İnter”, “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ