Premyer Liqa mənsubu yolunu Türkiyədən salacaq

29 May 2025 02:20 Araz-Naxçıvan 1 060
Premyer Liqa mənsubu yolunu Türkiyədən salacaq

“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək.

Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək.

Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcəyi bildirilib.

Premyer Liqada mövsümü 3-cü pillədə tamamlayan "Araz-Naxçıvan" Azərbaycanı Konfrans Liqasında təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq