11 ildir ölkəmizdə oynayan legioner nələri etiraf etdi?

28 May 20:40 Araz-Naxçıvan 1 597
11 ildir ölkəmizdə oynayan legioner nələri etiraf etdi?

“Uğurlu mövsüm keçirdiyimizi düşünürəm, buna görə məşqçi və futbolçu heyətini təbrik edirəm”.

“Araz-Naxçıvan”ın legioneri Sezar Meza Kolli Sportinfo.az-a açıqlamasında başa çatan mövsümü dəyərləndirib.

Paraqvaylı yarımmüdafiəçi “futbol ili”nin formasını geyindiyi komanda üçün uğurlu sonuçlandığını deyərək, öz çıxışı barədə danışıb.

Klubun qeyri-rəsmi rəhbəri Zaur Axundovun sevimli futbolçusu olan Sezarın fikrincə, Naxçıvan təmsilçisi kimi, özü də uğurlu mövsüm keçirib:

“Öz çıxışımdan məmnun olduğumu deyə bilərəm. Düzdür, bəzi matçlarda zədə səbəbindən çıxış edə bilmədim.

Lakin meydanda olduğum oyunlarda bacardığımın ən yaxşısını etməyə çalışdım. Karyeramı “Araz-Naxçıvan”da davam etdirib-etdirməyəcəmlə bağlı klub rəhbərliyi ilə danışıqlarımız olacaq.

İndi bu barədə dəqiq nəsə deyə bilmərəm. İstənilən halda bu komandanın avrokuboklarda çıxış edəcəyinə görə məmnunam”.

“Keşlə”, “Zirə”, “Neftçi” kimi komandaların heyətində 11 il ölkəmizdə çıxış etmiş Meza Kolli cari mövsümdə “Araz-Naxçıvan”ın heyətində meydana çıxdığı 19 oyunda 1 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti