Daha 1 il müqavilə - RƏSMİ

27 May 16:20 Araz-Naxçıvan 245
Daha 1 il müqavilə - RƏSMİ

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssis 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq. Onunla anlaşma 1 illikdir.

“Araz-Naxçıvan” Premyer Liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

E.Baxşıyev 2024-cü ilin aprel ayından Naxçıvan təmsilçisinin baş məşqçisidir.

Digər Xəbərlər
Xəbər Lenti