«Mənim hələlik hansısa klubda işləmək fikrim yoxdur».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.
O, bundan sonra «Araz-Naxçıvan»a köməklik göstərəcəyini, ancaq burada rəsmən fəaliyyət göstərməyəcəyini bildirib:
«Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov mənim yaxın dostumdur. Bir-birimizi çoxdan tanıyırıq.
Ona böyük hörmətim var. Tez-tez görüşürük.
Zaur müəllim «Araz»a kömək etməyimi istədi. Transfer məsələlərində öz məsləhətlərimi verəcəm.
Onsuz da, klubun ofisində tez-tez oluram, oturub fikir mübadiləsi aparırıq. Ancaq klubda işləmək…
Çatdırmaram. Mənim öz işim var.
Menecerlik şirkəti qurmuşam. Vaxtım əsasən ona gedir.
Təkcə Azərbaycan deyil, başqa ölkələrin klubları ilə də çalışıram.
«Araz»da idarəçiliklə məşğəl olmağa nə vaxtım, nə də fiziki gücüm çatar. Bu barədə heç fikirləşmirəm də».
C.Sultanov daha öncə «Sumqayıt», «Neftçi» və «Keşlə» (indik «Şamaxı»da) fəaliyyət göstərib, müxtəlif vəzifələr tutub.
Axır 4 ildə isə menecer kimi adından söz etdirib, bu sektora aid şirkət qurub.

