“Neftçi”nin sabiq idarəçisinə bu klubda MÜHÜM İŞ TAPŞIRILDI

27 May 2025 10:40 Araz-Naxçıvan 1 644
“Neftçi”nin sabiq idarəçisinə bu klubda MÜHÜM İŞ TAPŞIRILDI

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan «Araz-Naxçıvan»da yeni dönəm başlayıb.

Konfrans Liqasında mübarizə aparacaq Muxtar Respublika təmsilçisi seleksiya işini təcrbəli simaya həvalə edib.

İndən belə bu sahəyə Ceyhun Sultanov məsuliyyət daşıyacaq.

Rəhbərlik ona geniş səlahiyyət verib. Artıq komandaya bütün futbolçular Sultanovun vasitəsilə cəlb olunacaq, məşqçilər ondan xəbərsiz heç bir addım atmayacaq.

Bu, sözügedən futbol adamının dördüncü klub təcrübəsidir. O, daha öncə «Sumqayıt», «Neftçi» və «Keşlə» (indik «Şamaxı»da) fəaliyyət göstərib, müxtəlif vəzifələr tutub.

Axır 4 ildə isə menecer kimi adından söz etdirib, bu sektora aid şirkət qurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!