Slavik Alxasov üçün mövsümü uğurlu hesab edə bilərik.
Ötən mövsüm "Turan Tovuz"da cəmi 7 görüş keçirmiş təcrübəli müdafiəçinin başı daha çox zədələri ilə mübarizəyə qarışmışdı.
Hətta sezonun sonu karyerasını bitirəcəyi belə ehtimal olunurdu.
Amma gözlənilmədən "Araz Naxçıvan"a transfer edilən cinah oyunçusu bu gün sanki ikinci baharını yaşayır.
O, 29 görüşdə meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Muxtar respublika təmsilçisinin əsas heyət üzvünə çevrilə bilib.
Maraqlıdır, ciddi enişdən sonra bu şəkildə toparlanmaq necə mümkün oldu?
Alxasovun özünü dinləyək:
"Tovuza oynamaq üçün getmişdim. Amma zədə aldım. Ondan sonra süni meydan imkan vermirdi sağalmağa. Məşq etməyə belə ağrılar mane olurdu.
Belədə uğursuzluq yaşandı. Küsməmişdim, özümə inanırdım ki, mən oynaya bilirəm. Sadəcə bəzi inandığım insanlar məndən üz çevirdi.
Rəhbərlikdən Zaur müəllim, baş məşqçimiz Elmar müəllim sağ olsunlar mənə güvəndilər. Şans verdilər.mən də doğruldum".
XANOĞLAN / SPORTİNFO.AZ

