Tarix yazan klubda futbolçular doyunca sevinə bilmir

28 May 2025 17:00 Araz-Naxçıvan 1 485
Tarix yazan klubda futbolçular doyunca sevinə bilmir

"Araz Naxçıvan" tarixində ilk dəfə Konfrans Liqasında çıxış edəcək.

Naxçıvanlılar 35-ci turda "Şamaxı"nı məğlub edərək (1:0) bu nəticəni rəsmiləşdirib.

Amma kollektiv əldə olunan nailiyyəti doyunca qeyd edə bilmir.

Bu da səbəbsiz deyil.

Əksər futbolçuların anlaşması mövsümün sonu başa çatır.

Onlara yeni müqavilə təklifi isə hələ də olunmayıb.

Hədəfə çatandan sonra narahatlığın aradan gedəcəyi ehtimal edilirdi.

Amma qarşıya qoyulan məqsədə nail olunsa da, rəhbərliyin hərəkətə keçməsi müşahidə olunmur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq