I Liqaya vəsiqə qazanan pul-paralı klub Qara Qarayevə yüksək əməkhaqqı TƏKLİF ETDİ!

23 May 2025 14:40 Araz-Naxçıvan 8 527
I Liqaya vəsiqə qazanan pul-paralı klub Qara Qarayevə yüksək əməkhaqqı TƏKLİF ETDİ!

Millinin sabiq yarımmüdafiəçisi Qara Qarayev yeni təklif alıb.

Ona dəvət aşağı liqadan gəlib.

Belə ki, II Liqanın gümüş medallarını qazanaraq növbəti mövsümdən I Liqada iştirak hüququ əldə edən «Şəfa» hazırda «Araz-Naxçıvan»ın formasını geyinən orta sahə oyunçusunu sıralarına qatmaqda israrlıdır.

Premyer Liqaya vəsiqə iddiasında olan paytaxt təmsilçisi millinin eks üzvünə kifayət qədər yükmək əməkhaqqı ödəməyə hazırdır.

Əgər Qara I Liqada çıxış etməyə razılaşarsa, ayda minimum 10 min manat maaş alacaq.

Müqayisə üçün deyək ki, onun Muxtar Respublika komandasında məvacibi 6000 manatdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq