
Mövsümü "Araz Naxçıvan" üçün iki hissəyə bölmək olar.
Qış fasiləsinə kimi Elmar Baxşıyevin komandası çox uğurlu qrafik cıza bildi. Hətta çempionluq mübarizəsində olduğunu deyə bilərik.
Əbəs deyil ki, Muxtar respublika təmsilçisi yalnız "Qarabağ"a məğlub olmuşdu.
Amma bu ilin birinci yarısı onlar üçün ürəkaçan hadisələrlə yadda qalmadı.
Komanda bəzən həftələrlə qələbə üzünə həsrət qaldı.
Bu gün Konfrans Liqasına vəsiqə qazanmağın əsas səbəbi də mövsümün birinci yarısındakı müsbət nəticələr oldu.
Maraqlıdır, eyni heyət, eyni məşqçilər korpusu və eyni rəhbərlik olduğu halda, qışa qədər olan uğurlu çıxışı çempionatın ikinci yarısında sərgiləməyə nə mane oldu?
Komandanın təcrübəli oyunçularından hesab olunan Slavik Alxasov Sportinfo.az-a açıqlamasında mövzunu bu cür şərh edib:
"Futbolda eniş normal şeydi. Qış fasiləsinə kimi kollektiv bir yerdə ola bildi. Zədə alan oyunçumuz olmadı. Hamı məşqlərdə iştirak edirdi. Heyətdə ciddi rəqabət vardı.
Amma mövsümün ikinci yarısında ciddi zədə alanlarımız oldu. Bəzən itkilərin sayı 7-8 nəfər olurdu. Komandada axsamalar başladı. Məncə, əsas səbəb bu oldu".
XANOĞLAN