
"Araz Naxçıvan" Premyer Liqanın 35-ci turunda Şamaxı səfərinə yollanmışdı.
Burada Elmar Baxşıyevin komandasını "Şamaxı" ilə önəmli matça çıxdı.
Belə ki, qazanılacaq 1 xal digər görüşlərin nəticəsindən asılı olmayaraq naxçıvanlıları Konfrans Liqasına aparacaqdı.
Rəhbərlik həlledici matça xüsusi hazırlanmışdı.
Belə ki, səfər oyunlarında dəstəksiz görməyə alışdığımız "Araz"ı bu dəfə qonaq sektorda yer alan təxminən 30-35 nəfər tək buraxmamışdı.
Amma 15-ci dəqiqədə tribunaya ayaq basan fanatlar 90 dəqiqə elə də aktiv gözə dəymədilər.
Ara-sıra "Araz" şüarları səsləndirməklə öz varlıqlarını göstərmiş oldular.
Final fitindən sonra isə kollektivi yanlarına çağıraraq uğurlu nəticə üçün onlara təşəkkür etdilər.
XANOĞLAN / SPORTİNFO.AZ