Federasiya prezidenti klubla bağlı İDDİALI AÇIQLAMA verdi

19 May 2025 08:50 Araz-Naxçıvan 1 223
Federasiya prezidenti klubla bağlı İDDİALI AÇIQLAMA verdi

"Tarixdə ilk dəfə "Araz-Naxçıvan"ın Azərbaycanı Avropada təmsil etməsi qürurvericidir".

Sportinfo.az xəbər verir ki, bunu Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov deyib.

"Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur.

Qeyd edim ki, artıq gələn mövsümdən "Araz-Naxçıvan"ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komandamız avrokubokda daha uğurlu çıxış etsin.

Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq", - NFF rəhbəri bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq