
Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək «Araz-Naxçıvan» mükafatlandırılıb.
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov komandanın bu əziyyətini yerdə qoymayıb.
NFF-nın rəhbəri «Şamaxı» ilə dünən keçirilən Premyer Liqanın 35-ci tur matçından sonra kollektivi sevindirib.
Felipe Santosun vurduğu yeganə qol sayəsində səfərdən 3 xalla dönən məşqçi və futbolçularla görüşən Axundov onlara 100 min manat ayırdığını bildirib.
Muxtar Respublika təmsilçisi artıq Premyer Liqanın bürünc medallarını özü üçün təmin edib. Bu isə Konfrans Liqasında yarışmaq imkanı deməkdir.
SPORTİNFO.AZ