
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov "Araz-Naxçıvan"ın Avropa kuboklarına vəsiqə qazanmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, komandanın Premyer Liqanın bürünc medallarını sahib çıxması münasibətilə təbrik edib.
"Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur. Hər bir naxçıvanlı kimi məndə sevinirəm.
Tarixdə ilk dəfə "Araz-Naxçıvan"ın Azərbaycanı Avropada təmsil etməsi qürurverici haldır. Fürsətdən istifadə edib bütün naxçıvanlıları, azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm.
Onu da qeyd edim ki, artıq gələn mövsümdən "Araz-Naxçıvan"ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komandamız Avroliqada daha uğurlu çıxış etsin.
Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq", deyə Axundov müsahibəsində bildirib.
"Araz-Naxçıvan" tarixində ilk dəfə Avropa kuboklarında çıxış etmək hüququ qazanıb.