İlk dəfə avrokuboklarda iştirak edəcək Azərbaycan klubunun düşərgəsində nələr oldu? - FOTOLAR

18 May 2025 01:10 Araz-Naxçıvan 777
İlk dəfə avrokuboklarda iştirak edəcək Azərbaycan klubunun düşərgəsində nələr oldu? - FOTOLAR

“Araz Naxçıvan” Premyer Liqada 3-cü yeri təmin edib.

Sportinfo.az xəbər verir ki, bu gün 35-ci turda onlar səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəliblər və son turun nəticəsindən asılı olmayaraq, bürünc medal qazanıblar.

Naxçıvan təmsilçisi tarixində ilk dəfə olaraq Avropa kuboklarına - Konfrans Liqasına vəsiqə qazanıb

Onlar yarışa 2-ci mərhələdən başlayacaqlar. Bu mövsüm daha əvvəl çempion “Qarabağ” və ikinci yeri tutan “Zirə” də avrokubiklarda iştirak hüququ qazanmışdılar.

Azərbaycanın avrokuboklardakı sonuncu 4-cü təmsilçisi kubokun finalının “Qarabağ” - “Sabah” görüşündən sonra dəqiqləşəcək.

Bu arada “Araz Naxçıvan” avrokuboka vəsiqə qazanmaları ilə bağlı paylaşım edib. Paltardəyişmə otağından çəkilən şəkildə komanda üzvlərinin qələbə sevinci əks olunub.

Futbolçu Qara Qarayev isə matçdan sonra komandanın məşqçi və futbolçularının adlarının olduğu lövhəni sosial media hesabında paylaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!