Avrokubokların biraddımlığında olan klubdan 10 minlik TRANSFER TƏKLİFİ

16 May 14:40 Araz-Naxçıvan 1 081
Avrokubokların biraddımlığında olan klubdan 10 minlik TRANSFER TƏKLİFİ

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmaq ərəfəsində olan «Araz-Naxçıvan» transfer çalışmalarına indidən başlayıb.

«Ağ-qırmızılar» birinci mərhələdə daxili bazara nəzarət yetirməkdədir.

Rəhbərlik baş məşqçi Elmar Baxşıyevin təkidi ilə Mahamadu Baya dəvət göndərib. Cari mövsümün əvvəlindən «Kəpəz»in formasını geyinən malili legionerə 2 illik müqavilə təklif olunub.

26 yaşlı yarımmüdafiəçi klubunu dəyişərsə, hazırda qazandığından iki dəfə çox - ayda 10 min dollar maaş alacaq.

Afrikalı orta sahə oyunçu Gəncə təmsilçisinə Türkiyədən - artıq fəaliyyətini dayandırmış «Tuzlaspor»dan gəlib. Onunla bağlanmış müqavilə iyun ayınadək qüvəddədir.

Premyer Liqada mövsümün başa çatmasına 2 tur qalıb. 34 tura 55 xal toplamış Muxtar Respublika təmsilçisi üçüncü yerdə qərarlaşıb.

«Araz» ən yaxın izləyicisi «Turan Tovuz»u 6 xald qabaqlayır. Qısacası, Naxçıvan komandasına 1 xal lazımdır ki, Konfrans Liqasına vəsiqə qazansın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi