“Mənə söz verin ki…” - Prezident hamıya sual ünvanladı, aldığı cavabdan razı qalmadı

14:00 Araz-Naxçıvan 527
“Mənə söz verin ki…” - Prezident hamıya sual ünvanladı, aldığı cavabdan razı qalmadı

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın məşqçi və futbolçularına maraqlı sual ünvanlayıb.

NFF-nın birinci şəxsi onlarla görüşərək, «mənə söz verirsizmi ki, komanda avrokuboklara vəsiqə qazanacaq» deyə, soruşub.

Baş məşqçi Elmar Baxşıyev cavab olaraq bildirib ki, komanda olaraq yeganə məqsədləri budur.

Çalışdırıcı qeyd edib ki, hakimlər «Araz»ın əleyhinə qərəzli qərarlar verir və bu, mövsümün ikinci hissəsindən etibarən özünü qabarıq formada göstərir.

Oyunçular isə Premyer Liqanın bürünc medallarını qazanmaqdan ötrü əllərindən gələni edəcəklərini söyləyib.

Ünvanladığı suala aldığı cavablar Axundovu o qədər də qane etməyib. Uzun illərdir ölkə futboluna xidmət edən tanınmış iş adamı «mən bir sual verdim, ona da konkret cavab almadım» deyib.

Premyer Liqada mövsümün başa çatmasına 2 tur qalıb. 34 tura 55 xal toplamış Muxtar Respublika təmsilçisi üçüncü yerdə qərarlaşıb.

«Araz» ən yaxın izləyicisi «Turan Tovuz»u 6 xald qabaqlayır. Qısacası, Naxçıvan komandasına 1 xal lazımdır ki, Konfrans Liqasına vəsiqə qazansın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti