Səudiyyə Ərəbistanında oynayan braziliyalı Azərbaycan yolunda

09:20 Araz-Naxçıvan 538
Səudiyyə Ərəbistanında oynayan braziliyalı Azərbaycan yolunda

“Araz-Naxçıvan” yayda heyətini gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi avrokuboklara vəsiqəni rəsmiləşdirəcəyi təqdirdə, artıq heyətlə bağlı müəyyən addımlar atacaq.

Bölgə klubunun istədiyi oyunçulardan biri də Alan Kariusdur. Əslində, Elmar Baxşıyev Səudiyyə Ərəbistanının “Əl-Adalah” klubunda oynayan braziliyalı futbolçunu hələ mövsümün əvvəlindən sərəncamında görmək istəyirdi.

Amma Alanı Azərbaycana gətirmək mümkün olmamışdı. Lakin klub onun xidmətində hələ də maraqlıdır.

Bu yay isə Kariusun “Araz-Naxçıvan”a keçidi baş tuta bilər. Mövsüm başa çatdıqdan sonra 28 yaşlı futbolçunun bu komandaya keçib-keçməyəcəyi dəqiqləşəcək.

2024-cü il iyulun 18-dən “Əl-Adalah” klubunda oynayan Alanın müqavilə müddəti iyulun 5-də başa çatacaq.

O, karyerası ərzində “Volta-Redonda”, “Vila Nova”, “Sankt-Polten”, “Kasımpaşa”, “Tuzlaspor”, “Kioto Sanqa” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti