“Mən bunu heç vaxt iddia etməmişəm, ağlıma gətirməmişəm”

16:00 Araz-Naxçıvan 416
“Mən bunu heç vaxt iddia etməmişəm, ağlıma gətirməmişəm”

“Bu səhvlər nədən qaynaqlanır, bilmirəm”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında belə deyib.

Muxtar Respublika təmsilçisinin çalışdırıcısı “fit sahibləri”nin onlara münasibətindən şikayətlənib. Bildirib ki, “Araz-Naxçıvan”ın oyunlarında hakim xətaları periodik hal alıb:

“Söhbət ancaq "Qarabağ"la kubok və çempionat görüşlərindəki səhvlərdən, epizodlardan getmir. Digər oyunlarımızda da ya penaltimiz verilmir, ya futbolçularımıza yersiz vərəqə göstərilməklə cəzalı duruma salınır.

Bunun mənə görə olduğunu deməmişəm. Sual verildi ki, bu səhvlər sizə görədir, yoxsa komandaya görə?

Ancaq onların nəsə umduğunu, məndən nəsə gözlədiklərini heç vaxt düşünməmişəm, iddia etməmişəm, ağlıma gətirməmişəm.

Səhvləri səsləndirmisəm ki, nəticə çıxarılsın, təkrarlanmasın. Başa düşürəm ki, hakim də insandır, səhv edə bilər, ancaq bu, davamlı olmamalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti