“Qarabağ”la oyuna itki ilə hazırlaşır - “Araz-Naxçıvan”

10 May 2025 01:50 Araz-Naxçıvan 929
“Qarabağ”la oyuna itki ilə hazırlaşır - “Araz-Naxçıvan”

Premyer Liqanın XXXIV turunda "Qarabağ"la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, "Azersun Arena"nın ehtiyat meydanında məşq edən komanda üzvləri isinmə hərəkətlərinin ardından baş məşqçinin tapşırıqlarını yerinə yetiriblər.

Zədəli futbolçulardan Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlə kifayətlənib.

"Qarabağ" - "Araz-Naxçıvan" oyunu mayın 11-də, saat 20:00-da, “Azersun Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq