“Dayanmaq fikrim yoxdur, buna çatmaq üçün çox əziyyət çəkmişəm”

5 May 22:40 Araz-Naxçıvan 100
“Dayanmaq fikrim yoxdur, buna çatmaq üçün çox əziyyət çəkmişəm”

“Sabah”la oyunda çempionatda 350-ci matçına çıxan “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev bununla bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında deyib:

“Azərbaycan çempionatlarında 350 oyun keçirməyimdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Bu rəqəmə çatmaq üçün çox əziyyət çəkmişəm.

Bunun üçün həm saglam xarakterə, düşüncəyə, həm də nizam-intizama sahib olmalı, fiziki durumu qorumalısan. Şükürlər olsun ki, bunları qoruyub saxlamışam".

Q.Qarayev hədəfinin daha çox oyun keçirmək olduğunu qeyd edib:

"350-də dayanmaq fikrim yoxdur. Hədəfim fiziki gücüm imkan verdiyi qədər daha çox oyun keçirməkdir.

İlk oyunumdan bu günə qədər bütün görüşlərim əhəmiyyətlidir, hər birinin özünəməxsus yeri, uğuru, xatirəsi var. Dəyərini dərk edirəm.

Karyeramın bundan sonrakı hissəsində də keçirəcəyim oyunlara eyni dəyəri, keyfiyyəti qatmağa çalışacam. Azərbaycan futboluna layiq olmağa çalışmışam, bundan sonra da belə olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 02:50 Coşqun az vaxt aldı