Naxçıvanlıların həvəslə gözlədiyi gün – Bu dəfə mümkün olacaqmı?

3 May 19:00 Araz-Naxçıvan 188
Naxçıvanlıların həvəslə gözlədiyi gün – Bu dəfə mümkün olacaqmı?

Premyer Liqada mövsüm başa çatmasa da, mükafatçıların adına aydınlıq gəlməkdədir.

32-ci turda “Qarabağ”ın çempionluğu rəsmiləşmişdisə, “Turan Tovuz” üzərindəki qələbə sayəsində gümüş medalların “Zirə”ın payına düşəcəyi dəqiqləşdi.

Sonuncu medal – “gümüş”ün sahibi də böyük ölçüdə məlumdur. Lakin bunun üçün “Araz-Naxçıvan”ın “Sabah”ı məğlub etməsi mütləqdir.

Bu gün “Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşma Naxçıvan təmsilçisi üçün xüsusi əhəmiyyət kəsb edir.

Əvvəla ona görə ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv cari mövsümdə “Sabah” üzərində qələbəyə sevinə bilməyib.

Birinci və üçüncü dövrədəki matçlar heç-heçə başa çatıb (1:1, 2:2). Qış fasiləsindən öncəki dueldə isə “tələbələr” səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib.

Məsələnin ikinci tərəfi “Sabah” üzərində mümkün qələbənin “Araz-Naxçıvan”a hava-su kimi lazım olmasıdır. Naxçıvanlıları qatabaqara izləyən “Turan Tovuz”un Zirədə uduzması “qırmızı-ağlar”ın üçüncülük şansını bir xeyli yaxşılaşdırıb.

Hazırda Naxçıvan və Tovuz təmsilçiləri arasındakı xal fərqi 5-dir. “Araz” “Sabah”la dueldən qalibiyyətlə ayrılacağı halda, fərq 8-ə yüksələcək ki, Muxtar Respublika komandası finişə 3 tur qalmış bürünc medalların taleyini 99 faiz həll etmiş olacaq.

Nominal meydan sahiblərinin ziyanına işləyən məqam oyuna itkilərlə çıxacağıdır. Zədədən əziyyət çəkəmn yarımmüdafiəçilər – Sezar Meza Kolli, Əyyub Allaş və Mustafa Əhmədzadə bu dəfə də kənarda qalacaqlar.

Yeri gəlmişkən, sonuncu dəfə 29-cu turda “Sumqayıt”ı məğliub edən “Araz”, o vaxtdan bu yana Premyer Liqada keçirdiyi üç oyunun hər birində heç-heçəyə razılaşıb.

“Sabah” isə son iki oyunda - “Neftçi”ylə kubok, “Qarabağ”la çempionat qarşılaşmasında meydanı 1:1-lik bərabərliklə tərk edib.

Mayın 3-də “Liv Bona Dea Arena”da baş tutacaq görüşün start fiti saat 19:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti